ABŞ-dən Ben-Qvirin Məscidül-Əqsa basqınına reaksiyabackend

ABŞ-dən Ben-Qvirin Məscidül-Əqsa basqınına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar israilli ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə basqınını narahat edici bir olay olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller mövzu ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada İsrail hökumətinin qeyri-qanuni yaşayış məskənlərinin yerləşdiyi Homeşda “daimi yaşayışa” icazə verən fərmanın narahat edici olduğu və bu qəsəbələrin Fələstin torpaqlarında qeyri-qanuni şəkildə salındığı qeyd edilib.

Bəyanatda fərmanın İsrail hökumətinin Bayden administrasiyasına verdiyi vədlərlə ziddiyyət təşkil etdiyi vurğulanaraq, “İsrailin İordan çayının qərb sahilindəki yaşayış məskənlərini irəlilətməsi iki dövlətli həll yolunda əngəl yaradır” ifadələri yer alıb.

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir səhər saatlarında xüsusi mühafizəçiləri və İsrail qüvvələrinin sıx mühafizəsi altında Hərəmi-Şərifə daxil olub.

Qeyd edək ki, Ben-Qvir vəzifəyə gəldikdən günlər sonra, yanvarın 3-də Məscidül-Əqsaya daxil olaraq 5 il sonra bu addımı atan ilk vəzifəli İsrail naziri olub.

İsrailin ifrat sağçı nazir Ben-Qvirin bu basqını işğal olunmuş Fələstin torpaqlarında reaksiya ilə qarşılanıb və gərginliyi daha da artırıb.

NOCOMMENT.AZ