ABŞ-dən Çinə yeni TİCARƏT SANKSİYALARIbackend

ABŞ-dən Çinə yeni TİCARƏT SANKSİYALARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çinə qarşı yeni ticarət sanksiyaları tezliklə tətbiq ediləcək”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan belə deyib. Bildirib ki, qadağalar qısa müddətdə elan olunacaq.

Sallivanın sözlərinə görə, rəsmi Pekinin amerikalı işçiləri və müəssisələri hədəfə alması yolverilməzdir:

“Mən Çinin ticarət tarifləri haqda ABŞ prezidentinin dediklərindən kənara çıxmayacam. Açıq-aydın bütün hesabatları görmüşəm. Heç kimə sirr deyil ki, prezident, eləcə də bütün administrasiya Çinin amerikalı işçilərə və müəssisələrə zərər vuran ədalətsiz təcrübələrindən narahatdır. Burada ən əsas problem həddindən artıq tutum məsələsi və Çinin strateji sektorlarda bir sıra qeyri-bazar, təhrifedici təcrübələr tətbiq etdiyi yollardır”.