ABŞ-dən İrana qarşı yeni sanksiyalarbackend

ABŞ-dən İrana qarşı yeni sanksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İrana qarşı əlavə qadağalar qoymağı nəzərdə tutan layihə Konqresə göndərilib.

Məqsəd Tehrana təzyiqləri gücləndirməkdir. Sallivan deyib ki, indi vəziyyət əvvəlkilərdən fərqlənir.

O, İranın İsrailə 300 dronla hücumunu “həyasızlıq və görünməmiş hücum” adlandırıb, G7-liyin də bu hadisə ilə bağlı Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyinə inandıqlarını söyləyib.

“İran daha çox təzyiq və sanksiyalara məruz qalmalıdır”- deyə, Sallivan fikirini tamamlayıb.