ABŞ-dən İsrailə ÇAĞIRIŞ – Hücumu azaldın!backend

ABŞ-dən İsrailə ÇAĞIRIŞ – Hücumu azaldın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fələstin dövləti qurulmadan Qəzzada təhlükəsizlik mümkün deyil”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

Qeyd edib ki, Birləşmiş Ştatlar İsraili hücumunu azaltmağa çağırıb. Millerin sözlərinə görə, dövlət katibi Antoni Blinken bu barədə öhdəlik götürüb:

“Qəzzada münaqişə bitmək üzrədir. Bu bitəcək. Münaqişənin sonunda kimsə Qəzzanı yenidən qurmalı olacaq. Kimsə Qəzzada təhlükəsizliyi təmin etməli olacaq. ABŞ-nin Dövlət katibi Antoni Blinkenin keçən həftə regiona etdiyi səfərlərdə nail ola bildiyi amillərdən biri də regionun digər ölkələrinin öhdəlikləridir. Əgər onlar Qəzzanın yenidən qurulmasında iştirak etsəydilər, Qəzzanın Fələstinin rəhbərliyi altında idarə olunmasına kömək edəcəkdilər.

Lakin onlar bunu yalnız Fələstin dövlətinin qurulması üçün nəzərəçarpacaq bir yol olsaydı edə bilərdilər. Biz İsrail rəhbərliyinə, hökumətinə və İsrail xalqına bir daha bəyan etməyə davam edəcəyik ki, Fələstin dövləti qurulmadan Qəzzanın yenidən qurulması və təhlükəsizliyinin təmin edilməsi kimi qısamüddətli problemləri həll etməyin heç bir yolu yoxdur”.