ABŞ-dən Ukraynaya QADAĞA – Rusiyanın aerodromlarına…backend

ABŞ-dən Ukraynaya QADAĞA – Rusiyanın aerodromlarına…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya Rusiyanın əsas aerodromlarına Amerika silahları ilə hücum etmək qadağan edilib.

NOCOMMENT.az xəbər verir ki,  barədə məlumatı “The Washington Post” yayıb.

Belə ki, Ukrayna rəsmiləri nəşrə bildiriblər ki, ABŞ sərhəddən 100 kilometrdən çox məsafədə silahlarının istifadəsini məhdudlaşdırıb.

Qəzetin yazdığına görə, Amerika silahlarının hücumuna məruz qalmayan əsas aerodromlar Rusiyaya ciddi üstünlük verir.

Pentaqonun sözçüsü mayor Çarli Dits isə bildirib ki, Kiyev ABŞ-ın verdiyi silahlardan Rusiya qoşunlarının Ukrayna ərazisini ələ keçirməyə çalışdığı yerlərin qorunması üçün istifadə edə bilər. Qəzet yazıb ki, Ukrayna Silahlı Qüvvələri Ağ Ev və Pentaqon rəsmilərinin bəyanatlarında göstərdikləri kimi əhəmiyyətli hərəkət azadlığına malik deyillər.

Kiyevdəki mənbə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri atəş məsafəsində Rusiyaya hücumlar təşkil etməkdə məhduddur.