ABŞ-dən Yaxın Şərqə nəhəng yerdəyişmə: müharibə siqnalı…backend

ABŞ-dən Yaxın Şərqə nəhəng yerdəyişmə: müharibə siqnalı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə hərbi balans kəskin dəyişir, ABŞ bölgəyə görünməmiş miqyasda qüvvə toplayır.

NOCOMMENT.az xəbər verir ki, region istiqamətinə qırıcılar, ağır nəqliyyat təyyarələri, kəşfiyyat və patrul aviasiyası, həmçinin yanacaq dolduran tanker təyyarələr göndərilir.

Oman sahillərində isə iki aviadaşıyıcı zərbə qrupu növbə çəkir. Söhbət “USS Abraham Lincoln” və “USS Gerald Ford” ətrafında formalaşan böyük donanmadan gedir. Bu miqyas artıq adi təlim və ya psixoloji təzyiq çərçivəsini aşır.

Hərbi analitiklər bildirir ki, belə yerləşdirmə yalnız “qorxutmaq” üçün edilmir. Bu səviyyədə qüvvənin saxlanması gündə milyonlarla dollara başa gəlir və adətən yalnız real əməliyyat ehtimalı olduqda həyata keçirilir.

Ekspertlərin fikrincə, Vaşinqton iki paralel mesaj göndərir:

– regiondakı rəqiblərə dərhal zərbə imkanının hazır olduğunu göstərmək;
– eyni zamanda mümkün müharibənin qarşısını güc nümayişi ilə almaq.

Bu mərhələ “bahalı sülh” kimi xarakterizə olunur, yəni müharibə başlamasın deyə ən maksimum hərbi hazırlıq yaradılır. Lakin tarix göstərir ki, belə yığımlar çox vaxt artıq diplomatiyanın son həddi sayılır.

Musavat.com