ABŞ diplomatı: Ermənistanın Tramp ümidi suya düşdübackend

ABŞ diplomatı: Ermənistanın Tramp ümidi suya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin oktyabrın 29-da Cenevrədə görüşünün nə ilə nəticələnəcəyi hələ məlum deyil, amma bu gün ABŞ-ın Donald Trampın timsalında İrəvana kömək etməyəcəyini dəqiq söyləmək mümkündür.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı diplomat, beynəlxalq münaqişələr üzrə ekspert Con Herbst Ermənistanın “Joxovurd” qəzetinə dnışarkən deyib.

Onun sözlərinə görə, önümüzdəki həftələrdə Donald Tramp və ABŞ-ın diqqəti yalnız seçkilərdə cəmləşəcək: “Əgər Amerika bir qədər fəal olub Dağlıq Qarabağdakı vəziyyətə təsir etməyə çalışsaydı, Amerikadakı erməni lobbisi çox xoşbəxt olardı, amma bu baş tutmayacaq, çünki Trampın başı tam olaraq seçkilərlə qarışıb”.