ABŞ Dövlət Departamentindən Nigerə yüksək səviyyəli səfərbackend

ABŞ Dövlət Departamentindən Nigerə yüksək səviyyəli səfər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun sonundan ABŞ-da xarici işlər nazirinin müavini vəzifəsini icra edən və eyni zamanda Xarici İşlər Nazirliyində siyasi məsələlər üzrə müşaviri olan Viktoriya Nuland Nigerə səfər edərək bəzi xunta rəsmiləri ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Nigerin paytaxtı Niameydə keçirilən görüşdə Nuland jurnalistlərin suallarını cavablandırıb.

Xarici işlər naziri Antoni Blinkenin xahişi ilə Nigerə səfər etdiyini qeyd edən Nuland deyib:

“Demokratik nizama meydan oxuyan bu məsul şəxslərlə açıq danışmaq, bu məsələləri diplomatik yolla həll etməyə çalışa biləcəyimizi görmək, bəzi danışıqlara başlamaq və həm də münasibətlərimizdə nəyin təhlükə altında olduğunu görmək üçün səfər edirəm. Biz bunu mütləq aydınlaşdırmaq istədik”. – o qeyd edib.