ABŞ dövlət katibi Blinken Yaponiyadadırbackend

ABŞ dövlət katibi Blinken Yaponiyadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken cari məsələlərin müzakirə olunacağı G7 Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Yaponiyanın paytaxtı Tokioya gəlib.

 

Blinken və Yoko görüşdən əvvəl jurnalistlərə açıqlama verib. Yaponiyaya müddətli sədrliyi üçün təşəkkür edən Blinken, iclasın gündəmində Ukraynaya daimi dəstək, iqtisadi çətinliklərlə mübarizədə birgə səylər, iqlim dəyişikliyi, qlobal sağlamlıq problemləri və ərzaq təhlükəsizliyi kimi məsələlərin olduğunu bildirib. 

G7-nin bölgədəki böhrana qarşı birlikdə olmasının vacib olduğuna diqqət çəkən Blinken, görüşü səbirsizliklə gözlədiyini ifadə etdi.