ABŞ dövlət katibi Çinlə münasibətləri qoruyub saxlamağı zəruri hesab edirbackend

ABŞ dövlət katibi Çinlə münasibətləri qoruyub saxlamağı zəruri hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ sürətlə inkişaf edən iqtisadi və hərbi güc kimi Çinlə münasibətlərini saxlamalıdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Bizə əlaqələr lazımdır, çünki onun olmaması münaqişəyə səbəb ola bilər”, – o bildirib.

M.Rubio əlavə edib ki, Çindən asılı olan bir dünyada yaşamaq istəmirlər: “Çin Hind-Sakit okean regionunda hökmranlıq edir, regional ticarətə, təchizat zəncirlərinə nəzarət edir”.

ABŞ dövlət katibi vəd edib ki, Vaşinqton Pekinlə münasibətlərində simmetrik davranacaq: “Onlar nəsə etsələr, biz də onu edəcəyik”.

“ABŞ-də Çin şirkətləri nə istəyirlərsə edirlər, bizim oradakı şirkətlərimiz isə məhdudiyyətlərə məruz qalır”, – M.Rubio vurğulayıb.