ABŞ dövlət katibinin müavini Ermənistanda səfirlərlə görüşübbackend

ABŞ dövlət katibinin müavini Ermənistanda səfirlərlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin müavini Riçard Verma Ermənistanda akkreditə olunmuş diplomatik missiyaların bir neçə rəhbəri ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Verma X sosial şəbəkəsində yazıb.

“Ermənistanın dünya arenasında artan rolunu müzakirə etmək üçün həmfikir diplomatlar və Ermənistan rəsmiləri ilə isti və məhsuldar görüş oldu”, – deyə o qeyd edib.

Verma birlikdə regional sabitliyə və təhlükəsizliyə töhfə verməyə çalışdıqlarını bildirib. O hesab edir ki, bu, davamlı tərəfdaşlığın və ümumi rifahın gələcəyidir.Qeyd edək ki, iyunun 17-dən İrəvanda səfərdədir.

O, Prezident Xaçatryan, xarici işlər naziri Mirzoyan, Baş naziri Nikol Paşinyanla görüşüb.