ABŞ dövlət katibinin müavini İrəvandadırbackend

ABŞ dövlət katibinin müavini İrəvandadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin müavini Riçard Verma İrəvandadır. O, Ermənistan yerli idarəetmədə demokratiyaya dair erməni-amerikan konfransında iştirak edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin press-relizində bildirilib. Departament bəyan edib ki, Riçard Verma baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

“Bu səfər bizim erməni xalqı ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətimizi nümayiş etdirir”, – deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, dövlət katibinin müavini Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarının icma nümayəndələri və ştat rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək.

Onu Dövlət Departamentinin yeni yaradılmış çoxmillətli diplomatik komandasına rəhbərlik edən dövlət və bələdiyyə diplomatiyası üzrə xüsusi nümayəndə Nina Xaçiqyan və kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morgenthau müşayiət edəcək. Nümayəndə heyəti həmçinin dövlət və özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.