ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Dünya Bankını “inkişaf etməkdə olan ölkə” kimi Çinə kredit verməyi dayandırmağa çağırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Nazirin sözlərinə görə, Dünya Bankının borclanma meyarlarına cavab verən ölkələrə kreditlərin verilməsini davam etdirməyin “heç bir əsası” yoxdur.
“Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinə “inkişaf etməkdə olan ölkə” kimi yanaşmaq absurddur”, – Bessent Vaşinqtonda Beynəlxalq Maliyyə İnstitutunda çıxışı zamanı deyib.