ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başladıbackend

ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və NATO qoşunların Əfqanıstandakı bir sıra bazalardan çıxarılmasına başlayıb.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bu barədə Kabildə keçirilən konfransın gedişatında ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı general Skott Miller bildirib.

“Biz hərbçilərin bir sıra bazalardan çıxarılmasını həyata keçirməyə başladıq”, – o deyib.

Bundan başqa, Miller əlavə edib ki, hərbçilər bütün bazalarını Əfqanıstanın hərbi qüvvələrinə verəcəklər.

ABŞ administrasiyası daha əvvəl elan edib ki, Əfqanıstandan qoşunların çıxarılması mayın 1-də başlayacaq və 11 sentyabra qədər yekunlaşacaq. Bildirilib ki, qoşunların çıxarılması prosesi müttəfiqlərlə tam koordinasiyalı formada gedəcək.