ABŞ əfqanıstanlı naziri və qohumlarını “qara siyahı”dan çıxarıbbackend

ABŞ əfqanıstanlı naziri və qohumlarını “qara siyahı”dan çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Əfqanıstan daxili işlər naziri Siracuddin Hakkaninin yeri barədə məlumat verən üçün nəzərdə tutulan 10 milyonluq mükafatı ləğv edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Ariana News” mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, onun qohumları Əbdüləziz Hakkani və Yəhya Hakkaninin adları da ABŞ-nin “qara siyahı”sından çıxarılıb.

Xatırladaq ki, ABŞ Hakkaninin yaratdığı şəbəkənin üzvlərini Əfqanıstanda ABŞ hərbi və NATO koalisiya qüvvələrinə qarşı hücumların koordinasiyasına və iştirakına görə axtarış verib.