Ukrayna əsilli amerikalı konqresmen Viktoriya Sparts Kiyevi ərazilərə olan iddialarından əl çəkməyə və onların Rusiya tərəfindən konsolidasiyasını tanımağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Teleqraf qəzeti yazır.
“Konqresin Ukrayna əsilli yeganə üzvü öz həmvətənlərini qıcıqlandırmaqdan qorxmur. Onlar ərazilərin Rusiyaya verilməsini tanımalı və Vladimir Zelenskinin istefasını tələb etməlidirlər ”, – nəşr qeyd edir.
Sparts vurğulayıb ki, əks halda Ukrayna daha çox ərazi itirəcək və Rusiya ilə güzəştə getməkdən imtina Kiyevin vəziyyətini çətinləşdirir. O, həmçinin Zelenskini tənqid edərək, Ukrayna böhranını onun səhvləri ilə əlaqələndirib.
Aprelin 4-də ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Amerika tərəfi Ukrayna münaqişəsinin həllində Kiyev və ya Moskvanın edə biləcəyi güzəştləri əvvəlcədən mühakimə etməyəcək. O vurğulayıb ki, danışıqların nəticələrindən sonra vəziyyət nəhayət ki, bəlli olacaq.