ABŞ koronavirusa qarşı mübarizə məqsədi ilə Ermənistana daha 25 mln. ABŞ dolları ayıracaq.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı Amerika Erməni Milli Komitəsi yayıb. Bildirilib ki, bir müddət əvvəl komitənin sədri Raffi Amparyan ABŞ-ın dövlət katibi Maykl Pompeoya məktubla müraciət edərək Ermənistana koronavirusa qarşı mübarizəyə yardım üçün azı 25 mln. ABŞ dollarının ayrılmasını istəmişdi.