“ABŞ Ermənistana böyük həcmdə maliyyə və hərbi-texnoloji dəstək göstərməyi planlaşdırır”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdən sonra açıqlama verib.
Vensin sözlərinə görə, TRIPP Fondu vasitəsilə Ermənistana iri həcmli özəl kapital yönəldiləcək:
“İlkin mərhələdə 5 milyard dollar investisiyanın cəlb edilməsi nəzərdə tutulur, ikinci mərhələdə isə əlavə 4 milyard dolların yatırılması planlaşdırılır. Bununla yanaşı, Ermənistan üçün 11 milyon dollar dəyərində kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları texnologiyalarının satışı da təsdiqlənib”.
ABŞ vitse-prezidenti bildirib ki, bu addımlar iqtisadi əməkdaşlığın genişləndirilməsinə və təhlükəsizlik sahəsində imkanların artırılmasına xidmət edir. Onun sözlərinə görə, Vaşinqton İrəvanla tərəfdaşlığı strateji istiqamət kimi qiymətləndirir.
Qeyd edək ki, bu açıqlamalar Ermənistan ilə ABŞ arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm siqnal kimi dəyərləndirilir.
Sara












