ABŞ Ermənistana sanksiya tətbiq edə bilər – KİVbackend

ABŞ Ermənistana sanksiya tətbiq edə bilər – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiyaya sanksiyalardan yayınmaqda dəstək olan ölkələrə sanksiya tətbiq edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Qəzetin məlumatına görə, ilk növbədə Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan sanksiyalara məruz qala bilər.

Xatırladaq ki, bundan əvvəl də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Rusiyaya Qərbin sanksiyalarından yayınmağa yardım edəcək ölkələrə sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdi.

O, sanksiyaların tam icrası üçün ABŞ-ın bir sıra instrumentlərə malik olduğunu əlavə edib./APA