ABŞ Əsədin qohumları da daxil olmaqla 6 nəfərə sanksiya tətbiq etdibackend

ABŞ Əsədin qohumları da daxil olmaqla 6 nəfərə sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya rejiminin lideri Bəşər Əsədin 2 əmisi oğlu da daxil olmaqla ümumilikdə 6 nəfər sintetik narkotik növü olan “Captagon” həblərinin istehsal və ixracı səbəbi ilə sanksiya siyahısına əlavə edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Xarici Aktivlərə Nəzarət Departamentinin rəhbəri Andrea M. Gacki “Suriya qaçaqmalçılığın çoxunun Livan üzərindən həyata keçirildiyi yüksək dərəcədə asılılıq yaradan Captagon istehsalında dünya lideri oldu. Müttəfiqlərimizlə birlikdə narkotik gəlirləri ilə Bəşər Əsəd rejimini dəstəkləyənləri məsuliyyətə cəlb edəcəyik.” deyə açıqlama verib.

NOCOMMENT.AZ