ABŞ əsgərlərinin ölümü ilə bağlı ittihamlar müharibəni qızışdırmaq üçündürbackend

ABŞ əsgərlərinin ölümü ilə bağlı ittihamlar müharibəni qızışdırmaq üçündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üç ABŞ əsgərinin ölümü ilə nəticələnən hücumla bağlı “əsassız ittihamlar” müharibə alovunu qızışdırmaq məqsədi daşıyır”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bəyanat yayıb.

Bildirilib ki, əsassız ittihamlar öz maraqlarını ABŞ-ni regionda yeni münaqişəyə çəkməkdə görənlərin planıdır. Regiondakı müqavimət qrupları öz qərar və hərəkətlərində İrandan əmr almırlar.

İran əməliyyatların böyüməsini alqışlamasa da, müqavimət qruplarının Fələstin xalqına dəstəyinə və ya istənilən işğala qarşı özlərini müdafiəsinə də qarışmır.