ABŞ F-35-ni kim vurdu – İran, yoxsa 3-cü qüvvə?backend

ABŞ F-35-ni kim vurub – İran, İsrail, Çin, Rusiya, yoxsa Vaşinqtonun özü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin “radara yaxalanmayan” F-35 təyyarəsinin vurulması ilə bağlı müzakirələr davam edir.

Siyasi şərhçi Heydər Oğuz NOCOMMENT.az-a açıqlamasında məsələni şərh edərkən bildirib ki, İranın bu addımı təkbaşına atması inandırıcı görünmür və vurulma ehtimalının arxasında “üçüncü qüvvə” dayanır:

“Hava hücumundan müdafiə sistemləri sıradan çıxmış, radarları məhv edilmiş İranın dünyanın ən müasir qırıcılarından birini vurması məntiqi baxımdan suallar yaradır:

“Əgər İran bu qədər güclü imkanlara malik idisə, niyə özünün mühüm hərbi-siyasi fiqurlarını və generallarını zamanında qoruya bilmədi?”

Analitik hesab edir ki, F-35-in vurulması ssenarisində “İranın öz gücü” versiyası bir çox məqamları cavabsız qoyur:

“Mümkün ehtimal kimi isə Rusiyanın, Çinin və ya ABŞ–İsrail savaşının uzanmasında maraqlı digər qüvvələrin Tehrana texnoloji dəstək göstərməsi göstərilir.

Hadisə ABŞ-İsrail üçün yeni mərhələ açır və bundan sonra iki ölkə İran ərazisində hava əməliyyatlarını daha ehtiyatla aparmalı olacaq. Bu isə bölgədəki müharibənin uzanması, daha çox maliyyə xərcləri və İranın dərin şəkildə dağıdılması ilə nəticələnə bilər.

Analitik onu da bildirir ki, ABŞ-nin İrana qarşı savaşdan yarımçıq çəkilməsi real görünmür:

“Çünki bu addım Vaşinqtonun Çin və Rusiya qarşısında ciddi geosiyasi məğlubiyyəti kimi dəyərləndiriləcək. Oğuz ABŞ Müdafiə Nazirliyinin əlavə 200 milyard dollarlıq büdcə tələbinə də diqqət çəkir və bunun Pentaqonun İran təhlükəsini şişirtməkdə maraqlı olduğunu göstərdiyini vurğulayır”.

Heydər Oğuzun fikrinə görə, İranın ABŞ təyyarəsini vura bilməsi barədə məlumatlar Vaşinqtonun silah sənayesinə və Pentaqona da sərf edir:

“Bununla yanaşı, Çinin də İrana müəyyən kritik məlumatları ötürmüş ola biləcəyi ehtimalını istisna etmir.

Uzanan İran–ABŞ/İsrail qarşıdurmasının ən böyük geosiyasi qazananlarından biri Türkiyə ola bilər. Çünki savaş Fars körfəzi neftinin Avropaya daşınması üçün yeni marşrutları gündəmə gətirir və bu nöqtədə Türkiyənin “Qalxınma Yolu” layihəsi strateji əhəmiyyət qazanır. Analitik qeyd edir ki, Türkiyə, İraq, Qətər və BƏƏ arasında son vaxtlar imzalanan iqtisadi razılaşmalar bunun bir göstəricisidir”.

Onun sözlərinə görə, layihə Hindistanın iştirakı olmadan, daha çox Çinlə əməkdaşlıq çərçivəsində müzakirə olunur. Bu faktor Pekinin İran–ABŞ/İsrail savaşında neytral görünməsinin də səbəbi ola bilər:

“F-35-in vurulmasında kimin rol oynadığı zamanla ortaya çıxacaq. Amma bu hadisənin bölgədəki müharibəni qısaltmayacağı, əksinə, daha da dərinləşdirəcəyi şübhə doğurmur”.

Sara

NOCOMMENT.az