ABŞ Fələstinin BMT-yə üzv olmasını blokladıbackend

ABŞ Fələstinin BMT-yə üzv olmasını blokladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar BMT-nin iclası zamanı Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsini tövsiyə edən qətnaməni bloklayıb.

NOCOMMENT.az xəbər verir ki, Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya və Çin sənədin qəbuluna səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qalıb, yalnız ABŞ qətnamə layihəsinə qarşı çıxıb.

Qeyd edək ki, Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir. Aprelin 1-də Fələstin BMT Təhlükəsizlik Şurasının iclasında təşkilata daxil olması ilə bağlı səsverməyə çağırıb.