ABŞ prezidenti Donald Tramp Haaqada keçirilən NATO sammiti zamanı bildirib ki, Amerika tərəfi Finlandiyadan 15 ədəd buzqıran gəmi almaqla bağlı danışıqlar aparır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Biz Finlandiya ilə təxminən 15 fərqli buzqıranla bağlı danışıqlar aparırıq, lakin onlardan biri artıq hazırdır”, – deyə Tramp qeyd edib.