ABŞ G7-nin Rusiya seçkilərini pisləyən bəyanatını bloklayıbbackend

ABŞ G7-nin Rusiya seçkilərini pisləyən bəyanatını bloklayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Rusiyada keçirilən prezident seçkilərini pisləyən “Böyük yeddilik” (G7) ölkələrinin bəyanatının mətnini bloklayıb.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə İtaliyanın “La Repubblica” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bəyanat layihəsini bu il kluba sədrlik edən İtaliya hazırlayıb. O, Rusiya seçkilərini “fars” adlandırıb.

Sənədi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan geri götürüb.

“Azad seçki deyil, amma reallıq odur ki, Vladimir Putin prezidentdir”, – deyə nəşr Sallivandan sitat gətirib.

Birləşmiş Ştatlar bəyan edib ki, Rusiya prezidentini təbrik etməyəcəklər, çünki seçkilər “heç bir ədalət meyarına uyğun gəlmir”.