ABŞ gəmisi 24 saat ərzində ikinci dəfə hücuma məruz qalıbbackend

ABŞ gəmisi 24 saat ərzində ikinci dəfə hücuma məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin Ədən limanı yaxınlığında ABŞ-a məxsus Yunanıstan bayraqlı ticarət gəmisi 24 saat ərzində ikinci dəfə hücuma məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Britaniyanın Ambrey şirkətinə istinadən məlumat yayıb.

“Yunanıstan bayraqlı yük daşıyıcısı Yəmənin Aden şəhərindən təxminən 81 dəniz mili cənub-şərqində ikinci insident barədə məlumat verib”, – hesabatda deyilir.

Mərminin gəminin kənarından təxminən 15 metr aralıda suya düşdüyü qeyd edilir.