ABŞ generalı: Çinlə müharibəyə hazır olmalıyıqbackend

ABŞ generalı: Çinlə müharibəyə hazır olmalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən general Mayk Minihan iki il ərzində Çinlə müharibə ehtimalına işarə edərək, əsgərlərindən buna uyğun hazırlaşmağı istəyib.

NOCOMMENT.az xəbər verir ki, NBC kanalının yaydığı məlumata görə o bu barədə qoşunlarına qeyd yazıb.

“Ümid edirəm yanılıram, amma mənim hisslərim odur ki, 2025-ci ildə Çinlə müharibəyə edəcəyik”.

2024-cü ildə həm ABŞ-da, həm də Çinlə suverenlik münaqişəsində olan Tayvanda prezident seçkilərinin keçiriləcəyinə işarə edən Minihan, Vaşinqtonun diqqətinin daxili siyasətə yönələcəyi bu dövrdə Çinin fürsətdən istifadə edərək Tayvana doğru həmlə edəcəyinə diqqət çəkib.