ABŞ “Google”ni bölməyi düşünür – Axtarış bazarında inhisarçılıq dərinləşirbackend

ABŞ “Google”ni bölməyi düşünür – Axtarış bazarında inhisarçılıq dərinləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ədliyyə Departamenti texnologiya nəhəngi “Google”nin bölünməsi üçün federal hakimə müraciət edib.

 

NOCOMMENT.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ədliyyə Departamenti onlayn axtarış bazarında yaranan inhisarı aradan qaldırmaq üçün “Google”nin biznesinin bir hissəsini satmağa məcbur etməyi xahiş edib.

 

Ədliyyə qurumları hesab edir ki, “Google”nin uzun müddət ən populyar paylama kanallarına nəzarət etməsi həm rəqabəti zəiflədir, həm də gələcəkdə təhlükəsizlik üçün bəzi rikslər yaradır. Qurumlar əsas riskin nəzarətlə bağlı yarana biləcəyini düşünür. Axtarış biznesinə fayda gətirmək üçün ədliyyə qurumu “Google”nin “Chrome” brauzeri, “Android” əməliyyat sistemi, süni intellekt məhsulları və ya tətbiq mağazası kimi məhsullardan istifadə etməsinə mane gətirilməsini təklif edib.

 

Xatırladaq ki, bir müddət öncə ABŞ məhkəməsi “Google”ni fəaliyyət göstərdiyi sahədə rəqabəti boğmaqda günahlandırıb. ABŞ antiinhisar qanunlarına görə, məhkəmələrin bu cür qərarlarının icrası tezliklə mümkün olmur.

 

Ekspertlər deyir ki, əgər məhkəmə “Google”nin parçalanmasına dair qərar qəbul edərsə, onun icrası ən azı 5 ildən sonra mümkün olacaq.