ABŞ Gürcüstana yardımı dondurubbackend

ABŞ Gürcüstana yardımı dondurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ABŞ-ın Gürcüstana yardımını dondurduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“ABŞ Gürcüstana yardımı dondurub, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası da dayandırılıb”, – deyə Zeya Gürcüstana səfərinin yekunlarına dair açıqlamasında bildirib.

O, Vaşinqtonun Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən və ölkənin hakim partiyasının bəzi nümayəndələrinin yaydığı dezinformasiyadan narahat olduğunu izah edib. Zeya qeyd edib ki, bu addımlar respublikanın Avroatlantik yoluna xələl gətirir.