ABŞ hakimiyyəti Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda deyilir.
“ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığının əsasını demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquqları və fundamental azadlıqlara hörmət, korrupsiyaya qarşı səylər kimi ortaq dəyərlər və öhdəliklər təşkil edib, lakin “Gürcü Arzusu”nun “müxtəlif antidemokratik hərəkətləri” bu prinsipləri pozub, nəticədə ABŞ bu mexanizmi dayandırıb”, – bəyanatda bildirilir.
Departament əlavə edib ki, ABŞ Gürcüstanın Aİ-yə üzvlük məsələsini dayandırmaq qərarından təəssüflənir və həmçinin bu qərara etirazlar zamanı polisin “həddindən artıq güc tətbiqini” pisləyir.