ABŞ Haitinin keçmiş prezidenti Mişel Martelliyə (2011-2016) narkotik qaçaqmalçılığında iştirakına görə sanksiyalar tətbiq edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, Haitinin keçmiş lideri narkotiklərin qanunsuz dövriyyəsini asanlaşdırmaq üçün vəzifəsindən sui-istifadə edib və ölkədəki çoxsaylı qruplara maliyyə dəstəyi göstərib.
Dövlət Departamenti qeyd edib ki, bu, Haitidə siyasi qeyri-sabitliyin artmasına və təhlükəsizliyin azalmasına səbəb olub.
Sanksiyalar Martellinin Birləşmiş Ştatlarda aktivlərinin dondurulmasını nəzərdə tutur.