ABŞ Havayda yanacaq çənlərini boşaldıbbackend

ABŞ Havayda yanacaq çənlərini boşaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusu keçən il sızma səbəbiylə 6000 nəfərin zəhərləndiyi Havayda reaktiv yanacaq çənlərinin təxliyəsinə oktyabr ayında başlayacağını bildirib.

NOCOMMENT xəbər verir ki, ABŞ ordusunun yaydığı press-relizdə, Havay əyalətində İkinci Dünya Müharibəsi tanklarından yanacağın böyük hissəsinin boşaldılması işlərinin 2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarına qədər tamamlanacağı bildirilib.

394 milyon litr yanacağın boşaldılması planlarının ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə təqdim edildiyi qeyd edilən açıqlamada, təxminən 1,5 milyon ton yanacağın çənlərdə qalması planının ayrıca təqdim ediləcəyi ifadə edildi.

Havay Ekoloji Sağlamlıq Departamentinin vitse-prezidenti Kathleen Ho, “Ətraf mühit üçün əlavə risk yaratmadan təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün bizə təqdim edilən bu planı diqqətlə nəzərdən keçirəcəyik” deyib.

Bildirilir ki, hazırda Sakit okeanda hərbi gəmi və təyyarələri yanacaqla təmin edən Havaydakı 20 anbardan 13-ü yarım tutumla istifadə olunur. Keçən il Havay adalarının Pearl Harbor bölgəsindəki içməli suda neftin qarışması səbəbindən çənlərin dağılması səbəbindən təxminən 6000 adamın zəhərləndiyi açıqlanıb.

ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan araşdırmada sızmadan əvvəl obyektlərdə bir sıra səhvlər, laqeydlik və məsuliyyətsizlik aşkar edilib. Hadisədən sonra Havay Dövlət Səhiyyə Departamenti Qubernatorun çənləri boşaltmaq əmrini təsdiqləmişdi.