ABŞ HƏMAS-la bağlı BMT agentliyinə qarşı araşdırma elan edibbackend

ABŞ HƏMAS-la bağlı BMT agentliyinə qarşı araşdırma elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatasının komitəsi BMT-nin Yaxın Şərq agentliyində HƏMAS radikal qruplaşması ilə “iddia edilən əlaqələr”lə bağlı araşdırmaya başlaya bilər.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə “New York Post” məlumat yayıb.

Mətndən göründüyü kimi, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi fələstinli qaçqınlara yardımla məşğul olan BAPOR kimi tanınan BMT-nin Yaxın Şərq Agentliyi ilə bağlı araşdırma aparmağı planlaşdırır.

Respublikaçıların nümayəndəsi Darrell İssanın nəşrə verdiyi məlumata görə, “BMT agentliyi ilə HƏMAS arasında əlaqə olduğuna dair sübutlar var”.

“BAPOR və HƏMAS arasında narahatlıq doğuran əlaqələrə dair kifayət qədər sübutlar var və onlar gözləniləndən daha dərinə gedirlər. Konqres indi BAPOR -un nə bildiyini, nə etdiyini və dünyadan nəyi gizlədə biləcəyini araşdırmalı və aşkar etməlidir”, – deyə İssa bildirib.