ABŞ Hərbi Dəniz Qüvvələrinin iki üzvü Somali sahillərində itkin düşübbackend

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki üzvü Somali sahillərində itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki hərbi qulluqçusu Somali sahillərində itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, yanvarın 11-də iki amerikalı əsgər Somali sahillərində Ədən körfəzində gəmiyə minmək istəyərkən suya düşüb. Onların şəxsiyyəti müəyyən edilməyib və gəmi haqqında heç bir məlumat yoxdur.

Hadisənin ABŞ və Böyük Britaniyanın Yəmənin “Ənsar Allah” üsyançılarına qarşı son zərbələri və ya ticarət gəmilərini qorumaq əməliyyatları ilə əlaqəsi yoxdur.

Nəşrin məlumatına görə, Pentaqon hazırda axtarış-xilasetmə əməliyyatı aparır.