ABŞ hərbi yardım proqramı çərçivəsində daha bir ölkəyə maliyyə ayırırbackend

ABŞ hərbi yardım proqramı çərçivəsində daha bir ölkəyə maliyyə ayırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti xarici ölkələrə hərbi yardım proqramı çərçivəsində Argentinaya müdafiə ehtiyacları üçün 40 milyon dollar ayıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Argentinadakı səfirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, yardım Argentinaya ABŞ-də müdafiə məhsulları, təlim və xidmətlər üçün xərcləməyə, həmçinin Birləşmiş Ştatların Silahlı Qüvvələri ilə əməkdaşlığı yaxşılaşdırmağa imkan verir.

Bu Argentinanın hərbi modernləşdirmə səylərini dəstəkləyəcək. Həmçinin ölkənin səsdən sürətli F-16 qırıcı təyyarələrinin alınmasına kömək edəcək.