ABŞ hökumətin dayandırılması qaçılmaz ola bilərbackend

ABŞ hökumətin dayandırılması qaçılmaz ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) baş verərsə, bunun məsuliyyəti Konqresdəki Demokrat Partiyasının üzərinə düşəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. Xəbəri RIA Novosti yayıb.

“Əgər şatdaun qaçılmazdırsa, belə olsun. Lakin məsuliyyət məhz onların – demokratların üzərinə düşür”, – deyə Tramp əlavə edib.

Federal agentliklərin maliyyələşdirilməsini 21 noyabra qədər təmin edən qanun layihəsi ABŞ Senatı tərəfindən rədd edilib. Səsvermədə 44 senator qanunun qəbulunu dəstəkləyib, 48 senator isə əleyhinə səs verib.

Əgər Nümayəndələr Palatası və Senat bu məsələdə razılığa gələ bilməsələr, hökumətin fəaliyyəti 1 oktyabrdan dayandırılacaq. Şatdaun zamanı sərhəd, poçt və sosial xidmətlər fəaliyyətini davam etdirəcək, lakin dövlət qulluqçuları, o cümlədən hərbçilər maaş almadan qalacaq.