ABŞ husilərə ağır zərbə endirdibackend

ABŞ husilərə ağır zərbə endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilərin nəzarətindəki bölgələrdən atılan beş PUA-sı Qırmızı dəniz üzərində məhv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Fevralın 27-də ABŞ təyyarəsi və koalisiyaya məxsus döyüş gəmisi Qırmızı dənizdə husilərə məxsus 5 PUA-nı vurub”, -deyə məlumatda qeyd edilib. ABŞ müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Deniel Şapiro isə açıqlayıb ki, ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının üsyançılarının 230 hədəfini vurub.

O, həmçinin ABŞ qüvvələrinin çox güman ki, husilərin yüzlərlə silahını məhv etdiyini də vurğulayıb. Bununla belə, Şapironun sözlərinə görə, hərəkat qalan arsenalından istifadə edərək “qarşıdurmaya tab gətirməkdə qərarlı” görünür.