ABŞ husilərin dörd radarını zərərsizləşdiribbackend

ABŞ husilərin dörd radarını zərərsizləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusu Yəmənin “Ansar Allah” hərəkatının husi üsyançılarının dörd radarını zərərsizləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Komandanlığı xəbər yayıb.

“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində dörd radar və bir pilotsuz suüstü aparatını uğurla məhv edib”, – deyə komandanlığın “X” sosial hesabında yayılan bəyanatında qeyd olunub.

Bundan əlavə, komandanlıq qüvvələri Qırmızı dəniz üzərində husilərə məxsus bir pilotsuz uçuş aparatını zərərsizləşdirib.