ABŞ-ı kütləvi dezinformasiyada ittiham edibbackend

Çin XİN ABŞ-ı kütləvi dezinformasiyada ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müntəzəm olaraq digər ölkələri dezinformasiya yaymaqda ittiham edir, lakin eyni zamanda saxta xəbərlərin əsas mənbəyi olaraq qalır.

NOCOMMENT.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinq zamanı deyib.

“Amerika hökuməti dünya tarixində ən böyük dezinformasiya mənbəyidir. Birləşmiş Ştatlar tez-tez dezinformasiya yaymaqda başqa ölkələri günahlandırır və ən böyük yalan məlumat mənbəyidir”, – deyə rəsmi bildirib.

Vanq Venbin həmçinin əlavə edib ki, ABŞ tərəfindən dezinformasiyanın yayılması Çinin inkişafını dayandırmayacaq.