ABŞ ilə İsrail arasında Rəfahla bağlı GÖRÜŞbackend

ABŞ ilə İsrail arasında Rəfahla bağlı GÖRÜŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ilə İsrail arasında Rəfahla bağlı görüş onlayn formatda keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərində israillilərin planlaşdırdığı əməliyyat ilə bağlı Amerika administrasiyasının alternativ təkliflərinin müzakirə edəcəyi gözlənilir.

Görüşdə Amerika tərəfinə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan rəhbərlik edəcək. Orada Pentaqonun, Dövlət Departamentinin və ABŞ kəşfiyyat xidmətlərinin nümayəndələri də olacaq.

Danışıqlara İsrail tərəfdən strateji məsələlər üzrə nazir Ron Dermer və Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi rəhbərlik edəcək. Görüşdə İsrail Müdafiə və Kəşfiyyat Nazirliyinin yüksək səviyyəli nümayəndələri də olacaq.