ABŞ-ın Almaniyadakı səfiri vəzifəsini tərk edirbackend

ABŞ-ın Almaniyadakı səfiri vəzifəsini tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Almaniya Federativ Respublikasındakı səfiri Riçard Qrenell yaxın həftələrdə vəzifəsini tərk etmək niyyətindədir.

NOCOMMENT.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə “dpa” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 2018-ci ildən ABŞ-ın Berlindəki səfirliyində məsləhətçi-səfir vəzifəsini icra edən Robin Quinvil müvəqqəti olaraq Qrenellin yerinə təyin edilə bilər.

Xatırladaq ki, bu ilin fevral ayında R. Qrenell müvəqqəti olaraq Milli Kəşfiyyat İdarəsinin direktoru təyin edilmişdi, lakin ABŞ Sneatı idarənin direktoru postuna respublikaçı konqresmen Con Retkliffin namizədliyini təsdiqləyib.

“Report”