Birləşmiş Ştatların BMT-yə borcu 2,8 milyard dollar təşkil edir.
NOCOMMENT.az xəbər verir ki, bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Farhan Haq deyib.
O, ABŞ-ın BMT-nin əsas büdcəsinə borcunun 1,5 milyard dollar olduğunu qeyd edib.
“Əsas büdcəni, sülhməramlı missiyaların və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”, – TASS onun sözlərini sitat gətirir.