ABŞ-ın Ermənistandakı səfiri Bakıya səfərə gələcəkbackend

ABŞ-ın Ermənistandakı səfiri Bakıya səfərə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Bakıya səfərə gələcək.

NOCOMMENT report-a istinadən xəbər verir ki, səfərdə məqsəd aprelin 27-28-də Bakıda keçiriləcək missiya rəhbərlərinin konfransında iştirak etməkdir.

Konfransda onunla yanaşı ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini Erika Olson, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şoffer iştirak edəcəklər.

Qeyd edək ki, bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq keçirilir. Sonuncu konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi evsahibliyi edib. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018-ci illərdə keçirilən konfransları təşkil etmişdi. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib.