ABŞ-ın göndərdiyi hərbi yardım İsrailə çatdıbackend

ABŞ-ın göndərdiyi hərbi yardım İsrailə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Nazirliyi ABŞ-ın göndərdiyi yeni hərbi yardımın İsrailə çatdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Vaşinqtonun Təl-Əvivə ayırdığı hərbi yardım paketi çərçivəsində göndərilən zirehli ciplərin ilk partiyasının alındığı bildirilib.

Müharibədə zədələnmiş avtomobillərin yerinə amerikan ciplərinin İsrail ordusuna təslim edildiyinə diqqət çəkən açıqlamada bunun “İsrail ordusunun müxtəlif müharibə ssenariləri üçün avtomobil parkının artırılmasına dair geniş miqyaslı razılaşmaların bir hissəsi” olduğu qeyd edilib.

Bildirilib ki, nazirlik indiyədək İsraildə və xaricdə dəyəri 400 milyon şekeldən çox olan avtomobil və ağır texnikanın alınması ilə bağlı sərəncamlar imzalayıb.

İsrail bir neçə gün əvvəl ABŞ-dan hərbi yardım aldığını açıqlamışdı.