ABŞ-ın İranla bağlı hücum qərarı Konqresin razılığı olmadan verilib – Senatorbackend

ABŞ-ın İranla bağlı hücum qərarı Konqresin razılığı olmadan verilib – Senator

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Tim Keyn bildirib ki, ABŞ-ın İrana qarşı hücum əməliyyatlarına başlamaq qərarı Konqresin təsdiqi olmadan qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Senat komitəsində keçirilən dinləmələr zamanı Keyn vurğulayıb ki, xalq tərəfindən seçilmiş senatorlar bu cür məsələləri müzakirə etməli və qərarları kollektiv şəkildə qəbul etməlidirlər. Onun sözlərinə görə, belə ciddi səlahiyyətlərin bir şəxsin – prezidentin – ixtiyarına buraxılması yolverilməzdir.

Keyn əlavə edib ki, kimsə ABŞ prezidenti Donald Trampı dəstəkləsə belə, belə qərarlar Ağ Ev rəhbərinin “anlıq əhval-ruhiyyəsi və ya şəxsi baxışları əsasında” qəbul edilməməlidir.