ABŞ-ın keçmiş prezidenti Donald Tramp “ABŞ-ı çaşdırmaq üçün sui-qəsd təşkil etmək”, “rəsmi təhqiqata mane olmaq üçün sui-qəsd yaratmaq”, “rəsmi araşdırmaya mane olmağa cəhd” və “seçicilərin konstitusiya hüquqlarından istifadə etməsinə mane olmaq” maddələri ilə ittiham olunub.
NOCOMMENT.az xəbər verir ki, Vaşinqton Bölgə Məhkəməsinə təqdim edilən 45 səhifəlik iddianamədə 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə dəyişməyə cəhd etdiyi iddia edilən “6 Yanvar Konqres basqını” ilə bağlı aparılan araşdırmalar çərçivəsində Trampa qarşı daha 4 yeni ittiham irəli sürülüb.
Trampın “2020-ci il prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyətdə qalmaqda qərarlı” olduğu iddia edilən ittihamnamədə keçmiş prezidentin seçkilərin nəticələri ilə bağlı yalanlar yaydığı qeyd edilib.
Trampın avqustun 3-də məhkəmə qarşısına çıxacağı gözlənilir.