ABŞ-ın Maliyyə Nazirliyinə haker hücumu olubbackend

ABŞ-ın Maliyyə Nazirliyinə haker hücumu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Çinlə əlaqəli hakerlər onun elektron sistemlərinə kiberhücum ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The New York Times” departamentin Konqresə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Məktubda bildirilir ki, Xəzinədarlığın proqram təminatı üzrə podratçısı BeyondTrust departamentə bildirib ki, haker uzaqdan müəyyən Xəzinədarlıq iş sistemlərinə və orada saxlanılan qeydlərə daxil olmağa imkan verən təhlükəsizlik açarı əldə edib.

Hadisədən sonra təsirə məruz qalan elektron sistemin şəbəkədən əlaqəsi kəsilib və ABŞ rəsmiləri hesab edirlər ki, hakerlərin indi Maliyyə Nazirliyinin sistemlərinə çıxışı yoxdur. Agentlik hadisənin araşdırılmasında FTB ilə əməkdaşlıq edir.