ABŞ-ın hazırkı lazer sistemləri hipersəs raketlərinin qarşısını almaq üçün istifadə edilə bilməz.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The National Interest” (NI) məlumat yayıb.
“Lazerlərin əsas məhdudlaşdırıcı amili ən azı min kilovata çatmalı olan gücüdür”, – məlumatda bildirilir.
Nəşrin məlumatına görə, bu, müasir yerləşdirilmiş taktiki lazer sisteminin gücündən üç dəfə artıqdır.
Bundan əlavə, lazer sistemlərinin istifadəsində başqa bir problem planetin atmosferində olan müxtəlif maddələr ola bilər. Bunlara su buxarı, qum və tüstü kimi maddələr daxildir.