ABŞ-ın NATO- dan çıxacağı təqdirdə Avropa İttifaqı (Aİ) qeyri-sabitlik dövrü ilə üzləşəcək.
NOCOMMENT.az xəbər verir ki, Aİ-nin mümkün taleyi haqqında köşə yazarı Endryu Latham Amerikanın The Hill nəşri üçün yazdığı məqalədə açıqlayıb.
“Reallıq ondan ibarətdir ki, Aİ-də NATO-nu əvəz edəcək birlik, hərbi imkan və siyasi iradə yoxdur. “Fransa və Almaniya Avropa müdafiəsinin gələcəyi ilə bağlı fikir ayrılığına malikdirlər” deyə Latham yazıb. O, həmçinin qeyd edib ki, Polşa və Baltikyanı ölkələr öz təhlükəsizliyinin əsas təminatçısı kimi hələ də Aİ-ni deyil, ABŞ-ı hesab edirlər.
“ABŞ-ın NATO-dan çıxması Avropanı öz strateji zəifliyini dərk etməyə məcbur etməklə vəziyyəti daha da pisləşdirəcək”, – Latham deyib. Məqalə müəllifi belə bir ssenari Avropanı qlobal qeyri-sabitlik dövründə təhlükəli vəziyyətə salacaq.
Bundan əvvəl NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqon ABŞ-ın öz qoşunlarının bir hissəsini Avropa ərazisindən çıxara biləcəyini etiraf edib. Eyni zamanda o, ABŞ-ın Şimali Atlantika Alyansını tərk etməyəcəyinə əminliyini ifadə edib.