ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sursatları bitibbackend

ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sursatları bitib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya “Patriot” zenit-raket komplekslərinin və artilleriya mərmilərinin çatdırılması ABŞ-ı bu növ sursatlardan məhrum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” amerikalı iş adamı Devid Saksa istinadən məlumat yayıb.

“Bizdə” Patriotlar ” və artilleriya mərmiləri tükənib. Bu, proqnozlaşdırıla bilən idi”, – deyə Saks “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

ABŞ-ın yaxın vaxtlarda Ukraynanın “Patriot” batareyalarını raketlərlə təmin edə bilməyəcəyini yanvarın 6-da Ağ Ev və Pentaqonun rəsmilərinə istinadən “New York Times” yazıb. Jurnalistlər xatırladıblar ki, bir raketin istehsalının dəyəri 2 milyon dollardan 4 milyon dollara qədər dəyişə bilər.